Türkiyənin "Başakşehir" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocamanla anlaşıb.

Müqavilə ilə bağlı detalların fevralın 1-də açıqlanacağı bildirilib.

Qeyd edək ki, Kocaman bu vəzifədə ötən gün istefaya göndərilmiş Okan Buruku əvəzləyəcək.