“Ulduz müharibələri” filmində rol alan avstraliyalı müğənni və aktrisa Trişa Noubl vəfat edib.

Unikal.org  xəbər verir ki, 76 yaşlı aktrisa onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Noubl “Ulduz müharibələri: Epizod II - Klonların hücumu” (2002) və “Ulduz müharibələri: Epizod III – Sithlərin qisası” (2005) filmlərində iştirak edib. O, Padme Amidalın (Natali Portman) anası Kobel Nabberri rolunu canlandırıb.

Aktrisa, həmçinin “Təhlükəli adam”, “Fantaziyalar adası”, “Kolombo” və digər seriallarda da çəkilib.

Trişa Noubl kinodakı fəaliyyəti ilə yanaşı müğənnilik fəaliyyəti ilə məşğul olub. O, ən yaxşı müğənni kimi “Logie Awards” mükafatına layiq görülüb.