ABŞ prezidenti Co Bayden Mayanmada dövlət çevrilişi edən hərbçilərə qarşı sanksiyaların tətbiqinə imkan verən sərəncamı imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə Baydenin özü bəyan edib.

“Hökumət generalların Birma fondlarına məxsus və ABŞ-da saxlanılan 1 milyard dollar vəsaitə giriş əldə etmələrinin qarşısını almaq üçün addımlar atır. Və bu gün çevrilişi həyata keçirən hərbi rəhbərlərə, habelə onların iş ortaqlarına və ailə üzvlərinə dərhal sanksiya tətbiq etməyimizə imkan verən sərəncamı təsdiq etdim”-deyə, o bildirib.