“Sabah” komandasının baş məşqçi postunda dəyişiklik edilib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomezlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.

Qeyd edək ki, İspaniyalı mütəxəsssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.