UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki, günün ilk 4 oyunundan yalnız birində meydan sahibləri qalib gəlib.

"Ayaks" Niderlandda İsveçrə "Yanq Boyz"unu darmadağın edib - 3:0.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış İspaniya "Vilyarreal"ı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" üzərində inamlı qələbə qazanıb - 2:0.

"Mançester Yunayted" İngiltərədə İtaliya "Milan"ı üzərində qələbəni son dəqiqələrdə əldən verib - 1:1.

Eyni hesablı nəticə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə Şotlandiya "Reyncers"i arasındakı görüşdə qeydə alınıb