Martın 16-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olublar.

Unikal.org xəbər verir ki, ölkə başçısı səfər zamanı “Qarabağ” hotelində yenidənqurma işləri ilə tanış olub.

Prezident bildirib ki, işğal dövründə hotel faktiki olaraq fəaliyyət göstərməyib: "Onun cəmi bir neçə mərtəbəsi istifadə olunub. Hotel sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilib. Ona “Qarabağ” hoteli adı verilib. Sonra mənfur düşmən bunun adını dəyişdirib “Shushi Palace” qoyub”.

Ölkə başçısı bəyan edib ki, "Şuşi" adlı şəhər yoxdur və heç vaxt olmayıb, olmayacaq.