Dövlət Yol Polisi (DYP) "Akkord İnşaat Sənaye" MMC barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə hakim Hafiz Kərimovun sədrliyi ilə baxılacaq.

Şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Seymur Əli