Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, bunu hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubu sosial şəbəkə səhifəsi vasitəsilə açıqlayıb.

Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub. Onu son 2 onilliyin ən yaxşı hücumçularından elan edən “Volero le Kannet” Məmmədovanı karyerası münasibətilə təbrik edib, qazandıqları ilə qürur duya biləcəyini bəyan edib.