Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Unikal.org  xəbər verir ki, turun açılış oyununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, bu görüşdən sonra xallarının sayını 50-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir, "Qəbələ" isə 24 xalla 5-ci sırada qərarlaşıb.