Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə,  hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub. 

Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.

Orxan Həsənli