Almaniya Bundesliqasında çıxış edən "Leyptsiq"in yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org xəbər verir ki, "Bavariya"ya keçidi rəsmiləşən Yulian Nagelsmanı Avstriya "Zaltsburq"unun baş məşqçisi Cessi Marş əvəzləyəcək. Məlumatı Sky Sport” telekanalının tanınmış jurnalisti Fabritsio Romano özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, tərəflər artıq öz aralarında 2021/2022 mövsümündən əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Nagelsman Münhen klubu ilə 5 illik müqavilə imzalayıb. 34 yaşlı mütəxəssis yeni komandasının sükanı arxasına iyulda keçəcək.

Qeyd edək ki, Cessi Marş 2019-cu ildən "Zaltsburq"a başçılıq edir. O, ötən mövsüm bu komanda ilə ölkə çempionluğunu və kubokunu qazanıb. Marş cari mövsümdə də qızıl dubl etməyə yaxındır.