:"Mançester Yunayted” heyətində 2020/21 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Unikal.org xəbər verir ki, komandanın yarımmüdafiəçisi  Bruno Fernandes mövsümün ən yaxşısı seçilib.

Azarkeşlər arasında keçirilən sorğuda portuqaliyalı ulduz səslərin 63 faizini toplayıb. 

Qeyd edək ki, Bruno Fernandes ötən mövsüm də "Mançester Yunayted”in ən yaxşısı adını qazanmışdı.