Naməlum şəxslər Şotlandiyanın "Seltik" klubunun icraçı direktoru Piter Louellin evini yandırıblar.

Unikal.org "The Scottish Sun"a istinadən xəbər verir ki, cinayətkarlar Qlazqo yaxınlığında evin yanında dayanan 3 avtomobilin altına molotov kokteylləri atıblar.

Maşınlardan biri partlayıb, daha sonra alov Louellin evinə yayılıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

61 yaşlı funksioner həmin vaxt ailəsi və azyaşlı nəvəsi ilə birlikdə evdə olub. Yanğın nəticəsində onun avtomobil parkı və evin yarısı tamamilə yanıb.

Qeyd edək ki, Piter Louell 2003-cü ildən "Seltik"in icraçı direktorudur. Onun yayda təqaüdə çıxacağı gözlənilir.