Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu keçirilib.

Unikal.org xəbər verir ki, bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. "Gənclik şəhəri" təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda tarixi ərzində ilk dəfə medal qazanıb.