Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Unikal.org xəbər verir ki, turun, eləcə də mövsümün qapanış matçı lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutub.

Mövsümün çempionunu müəyyənləşdirən Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edirdi. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıydı. “Qızıl oyun”un taleyini 90-cı dəqiqədə Ahmed Ahmedovun vurduğu yeganə qol həll edib. “Neftçi” bu qələbə sayəsində uzun fasilədən sonra Azərbaycan çempionu olub.