Bakıda Yol Patrul xidməti avtomobili yolun ortasında dayanaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

Unikal.org-un məlumatına görə, həmin görüntülər paytaxtın Hüseyn Seyidzadə küçəsi, "4-cü mikrorayon dairəsi" ərazisində lentə alınıb.

Belə ki, 99-YP-499 dövlət qeydiyyat nişanlı YPX avtomobili yolun əks istiqamətində hərəkətsiz dayanıb. O, bununla həm də 1.3 üfüqi nişanlanma (qoşa xətt) xəttinin də tələbini pozub.

YPX avtomobili bunu edərkən sayrışan işıqlardan və xüsusi səs siqnalından istifadə etməyib.

Seymur Əli