Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.