Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitterdəki səhifəsində futbol üzrə Türkiyə və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş beynəlxalq yoldaşlıq oyunu ilə bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri yazıb: "Alanyada itirən yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. AVRO-2020-də öz evimizdə - Bakıdayıq! Can Azərbaycana ev sahibliyində uğurlar, bizim uşaqlar! milli komandalar”

Mövlud Çavuşoğlu paylaşımına Türkiyə və Azərbaycan bayraqları nişanını da əlavə edib.