"Növbəti illərdə Azərbaycanın su ehtiyatlarının azalacağı gözlənilir. Ona görə də sudan istifadəyə qənaət edilməlidir".

Unikal.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.

O bildirib ki, ötən ildən başlayaraq işğaldan azad edilən ərazilərdə aparılan monitorinqlərin ilkin nəticələri məlumdur: "İşğaldan azad edilən yerlər su ehtiyatları baxımından zəngin ərazilərdir. Onların bazasında yeni su ehtiyatları ilə bağlı layihələr işlənməkdədir. Araşdırmalar nəticəsində orada olan su ehtiyatlarına çox ziyan dəydiyi məlum olub. Su nümunələrindən götürülən analizlər onu göstərir ki, Ermənistandan keçən çaylarımız çirkləndirilir. Proses hələ də davam etdirilir. Ovçuçay ən çox çirklənməyə məruz qalır".