Bildiyimiz kimi,  iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Unikal.org xəbər verir ki, Ağdamdan gələn görüntülər  hər kəsi  dəhşətə  gətirib.  Belə ki,  təmizlənmə zamanı ərazidə addımbaaddım düşmən tərəfindən basdırılmış minalar aşkarlanıb. 

Qeyd edək ki, minanı özündə əks etdirən xəritələrin müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.