Çexiyanın cənub-şərqindəki Cənubi Moraviya bölgəsində yerləşən Breclav və Hodonin şəhərləri yaxınlığında baş verən tornadonun vurduğu maddi zərər azı 12 milyon kron (471 milyon dollar) təşkil edəcək.

Unikal.org  xəbər verir ki, bunu Cənubi Moraviya diyarının başçısı Yan Qrolix bazar günü jurnalistlərə bildirib. “Zərər 12 milyard krondan az olmayacaq. Bu, yalnız ictimai mülkiyyətə aiddir. Şəxsi mülkiyyətə dəyən ziyan bundan xeyli çox olacaq”, - deyə o qeyd edib.

Beş nəfərin ölümünə səbəb olan təbii fəlakət nəticəsində Cənubi Moraviya diyarında yeddi kəndə ciddi ziyan dəyib. Tornado 1200 yaşayış binasını zədələyib, onların 70-i tamamilə dağılıb. Qrolixin sözlərinə görə, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Avropa İttifaqının xüsusi fondundan vəsait alınmasına nail olacaq.

Bildirilir ki, ötən cümə axşamı günü respublikanın cənub-şərqində baş verən tornado son 20 ildə Avropada qeydə alınan ən güclü tornadodur.