Bu gün - şənbə günü Azərbaycanda ictimai nəqliyyat işləyəcək.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb.

İyulun 3-də Bakıda Avropa Çempionatının 1/4 final oyunlarından biri (Danimarka - Çexiya) keçiriləcək. Bununla əlaqədar iyulun 3-də avtobuslar və metro fəaliyyət göstərəcək.