Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.

Unikal.org xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib. 

27 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.

Oyunun sonlarına doğru “Legiya” 3:2 hesabıyla qalib gəlir.

Xatırladaq ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.