Bu gün batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Mərdəkan”, “Bilgəh”, “Mingəçevir”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.