"Cənab prezident İlham Əliyevin iyul ayının 7-də imzaladığı sərəncam Azərbaycanın işğaldan azad edilən ərazilərinin iqtisadi bölgüsü haqqındadır".

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

O bildirib ki, Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması haqqında olan erməni etirazları əsassızdır və bu sərəncam əvvəllər işğalda olan əzəli torpaqlarımızın inkişafı ilə bağlıdır:

"Azərbaycan sülh tərəfdarı və hərtərəfli əməkdaşlıq platformasından çıxış edən bir ölkədir və onun heç bir qonşu dövlətlərin torpaqlarında gözü yoxdur. Azərbaycanın belə bir niyyəti olmayıb və olmayacaq. Bu gün də Ermənistanın konstitusiyasında qonşu ölkələr üçün torpaq iddiası mövcuddur. Amma cənab prezidentin də dediyi kimi, Azərbaycanın qonşu dövlətlərin torpaqlarında gözü yoxdur. Əlbəttə, Zəngəzur Azərbaycanın tarixi torpağıdır. Bu baxımdan onun şərqi də, qərbi də Azərbaycana məxsusdur". 

Ağarza Elçinoğlu