Rafael Varan "Real"ın yeni müqavilə təklifini geri çevirib.

Unikal.org istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi "Kral klubu"nun 2025-ci ilədək sözləşmə və illik 7,5 milyon avro maaş təklifi ilə razılaşmayıb. Fransa millisinin üzvü Madird təmsilçisindən 2026-cı ilə qədər müqavilə və 12 milyon avro maaş tələb edir. 

Varanla danışıqları davam etdirən "Mançester Yunayted"in La Liqa nəhənginə rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Rafael Varanın "Real"la müqaviləsinin müddəti 2022-ci il iyunun 30-da başa çatacaq