Robert Levandovskinin "Bavariya"dakı gələcəyi sual altındadır.

Unikal.org "Sky Sports"a istinadən xəbər verir ki, Münhen təmsilçisinin yeni baş məşqçisi Yulian Naqelsmann polşalı ulduz barədə danışıb. O, digər klubların 32 yaşlı hücumçu ilə maraqlandığını gizlətməyib:

"Levandovski haqda iddialar "Bavariya"ya ilk gəldiyi andan etibarən davam edir. Belə çox qol atan birini hər klub komandasında görmək istəyər. Məncə, Robert bu komandada və şəhərdə nələrə sahib olduğunu bilir".

Qeyd edək ki, "Çelsi", "Mançester Siti", "Mançester Yunayted", PSJ kimi klublarının hədəfində olan Robert Levandoski ilə "Real" da yaxından maraqlanır.