İranın İnqilab Keşikçiləri Korpusunun bölmələri ölkənin İraqla sərhədində qadın paltarı geyinmiş bir qrup İŞİD terrorçusunu aşkar edərək saxlayıb.

Unikal.org xəbər verir ki, terrorçular İraq ərazisindən İranın Xuzistan əyalətinə keçməyə cəhd ediblər. 

Bildirilib ki, onların hamısı qadın geyimində və çadrada olub.