İngiltərə Xalq Sağlamlığı Təşkilatı alimlərin ölkədə koronavirusun yeni bir mutasiyasını aşkarladığını bildirib.

Unikal.org xəbər verir ki, bugünədək ölkə miqyasında "B.1.621" mutasiyasının yoluxduğu 16 infeksiya faktı müəyyən edilib. Bunların çoxu ölkə xaricinə edilən səyahətlərlə əlaqədardır, - deyə mütəxəssislər bildiriblər.

Qeyd olunub ki, alimlər hazırda yeni ştammı təhlil edirlər. Ştamın vaksinə təsiri hələ ki müəyyənləşdirilməyib.