Türkiyəli məşhur müğənni Hande Yener sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, sənətçi tıxac səbəbindən İzmirdəki konsertinə gecikməmək üçün avtomobilindən enib və avtostop edib.

Tanımadığı şəxsin motosikletinə minən Hande həmin görüntüləri "Instagram" hesabında paylaşıb.