“Taliban” qruplaşması tezliklə Əfqanıstanı İslam Əmirliyi elan edəcək.

Unikal.org “Associated Press”ə istinadən xəbər verir ki,  bu haqda bəyanat Kabuldakı prezident sarayından veriləcək.

Xatırladaq  ki, taliblərin hakimiyyətdə olduqları 1996-2001-ci illərdə Əfqanıstan məhz belə adlanırdı. ABŞ-ın silahlı qüvvələri Əfqanıstanı tutandan sonra İslam Əmirliyi ləğv olunmuşdu.

Bir qədər əvvəl hərəkatın nümayəndəsi Əlhənəfi Vardak bildirmişdi ki, ölkədə aralıq hökumətin yaradılması müzakirə olunmur. “Hakimiyyət İslam Əmirliyinin liderlərinə veriləcək”,- o, öz Tvitter hesabında bildirib.