Əlcəzairin Larba-Nat-İraten şəhərində meşələri yandırmaqda şübhəli bilinən şəxslər əhali tərəfindən şiddətə məruz qalıb.

Unikal.org xəbər verir ki, meşəni yandırdığı deyilən üç şəxs yerli sakinlər tərəfindən döyülüb. 

Daha sonra isə polis döyülən şəxsləri bölməyə aparıb.

Lakin meşəni yandıran şəxslərdən biri, Cəmal Bensmail asayiş keşikçiləri tərəfindən polis bölməsindən çıxarılaraq şəhərin meydanına gətirilib. Burada əhali onu döyüb, daha sonra yandırıblar. Nəticədə C.Bensmail ölüb.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi açılıb, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında Camel Bensmaili bıçaqlayan şəxs və camaatı cəsədi yandırmağa təhrik edən qadın da var.

Ağarza Elçinoğlu