Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün NATO-nun Baş katibi Yens Stoltenberq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri David Zalkaliani, almaniyalı həmkarı Hayko Maas, Danimarkalı həmkarı Cip Kofod və Qətərin XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə telefonla danışıb.

Bu barədə Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin XİN başçısı NATO rəhbəri və 5 ölkədən olan həmkarı ilə Əfqanıstanda yaranmış son vəziyyəti müzakirə edib.