“Bir zamanlar Çukurova” serialının yeni mövsümündə ayrılıq yaşanacaq.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə Hande Soral vida edəcək.

Buna səbəb isə Handenin aktyor həyat yoldaşı İsmayıl Dəmirci ilə vaxt keçirə bilməməsi olub.

Qeyd edək ki, İ.Demircinin rol aldığı  “Kuzey Yıldızı İlk Aşk” serialı Ordu ərazisində çəkildiyi üçün cütlük uzun müddət ayrı yaşayıb. Ekran işi bu mövsüm final edib.