"Salt Bae" hərəkatı ilə dünya şöhrəti qazanan türk aşpaz Nüsrət  Gökçə işçiləri  tərəfindən məhkəməyə verilib. 

Unikal.org  xəbər verir ki, "CNBC" telekanalının məlumatına görə, Nüsrətin ABŞ-ın Nyu-York ştatında yerləşən restoranının 5 nəfər işçisi onu məhkəməyə  verib. Buna səbəb isə onların həftədə artıq  işləməsi  olub.Belə  ki,  məhkəməyə  verilən iddialarda  onların  72 saat işləməsi  göstərilib. 

5 işçi məhkəməyə  verilən sənədlərdə  1125 dollar aaş aldıqlarını, amma əlavə iş saatlarına görə  əməkhaqqı  almadıqlarını  bildiriblər.