"Ukrayna təəssüf edir ki, Almaniyanın hakim partiyasına daxil olanlar Kiyevə müdafiə silahları tədarük etməkdən imtina edirlər".

Unikal.org xarici KIV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Kiyev Berlindən dəniz donanmasını təchiz etmək üçün kömək gözləyir. Almaniyanın texniki mənada Ukraynanın tərəfdaşı olmasını istəyirik", - deyə Ukrayna prezidenti bildirib.

Ağarza Elçinoğlu