Xalq artisti Brilliant Dadaşova arxiv görüntülərini yayımlayıb.

Unikal.org xəbər verir ki, sənətçi şəxsi instagram hesabında 27 il əvvəl lentə alınan videosunu paylaşıb.

“Bu da bizim Azərbaycan sənət musiqisi… Modelyerlərin, imicmeykerlərin, bahalı salonların, “Make up”ların olmadığı 1994-cü il, Gülüstan sarayı… Stil, “make up”, saç – bunların hamısını öz zövqümlə özüm etmişəm. Çətin idi…Azərbaycanda xalq musiqisini müasir formada təqdim etmək üçün yeni cıdır açmağa çalışdığım vaxtlar idi”.