Braziliyanın Rio-de-Janeyro şəhərinin polis əməkdaşları Korkovado dağında yerləşən İsa Məsih heykəlinin üzərinə çıxan iki fransalını saxlayıb.

Unikal.org xəbər verir ki, 28 yaşında olan Fransa vətəndaşları abidənin içərisində gizlənərək onun turistlər üçün bağlanmasını gözləyiblər. Daha sonra 23 onlar təmir işləri üçün istifadə olunan pilləkənlərlə heykəlin başına qalxaraq, orada öz "uğurlarını" video və fotoşəkillər çəkməklə qeyd ediblər.

2 nəfərin heykəlin üzərinə çıxdığını görən gözətçi dərhal polisə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər girov müqabilində 10 min Braziliya realı (təxminən 3260 manat) verərək sərbəst buraxılıblar.

Ağarza Elçinoğlu