ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Birləşmiş Ştatlara hörməti zədələdi.

Unikal.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp prezient Baydenin qərarı ilə Amerika hərbçilərinin sonuncu hissəsinin avqustun 31-də Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən beynəlxalq hava limanından çıxarılmasına münasibət bildirərkən deyib.

"Biz həyatları qoruya, şərəflə çıxa bilərdik. Onlar Əfqanıstanda qalan amerikalıların siyahısının taliblərə verilməsinə görə məsuliyyət daşıyırlar. Bizə artıq heç kim, hətta əvvəl hörmət edənlər də hörmət etmir. Bizi axmaqlar idarə edir", - deyə Tramp bildirib.

Ağarza Elçinoğlu