"Laçın dəhlizindən Xankəndinə keçmək istəyən, xüsusən də bunu sentyabrın 2-də və bu kimi tarixlərdə etmək istəyən istənilən Ermənistan rəsmisi, əsgərimiz üçün leqal hədəf olmalıdır. İnandırıram ki, cəmi 1 rəsminin alnında noxud boyda deşik açandan sonra bu problem yaxın onillik üçün birdəfəlik həll edilmiş olacaq. Onu reallaşdıran isə tarixə düşəcək". 

Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev erməni rəsmilərinin Laçın dəhlizindən keçərək Qarabağa qanunsuz səfəri haqqında münasibət bildirərkən deyib. 

Ekspert onu da bildirib ki, sentyabrın 2-də qondarma qurum üçün qondarma "müstəqillik günü" qeyd edəcək ermənilərə görə sözügedən dəhliz ən azı 3 gün bağlı qalmalıdır:

"Başqa bir metod da var, ermənilərin "təhlükəsizliyi" üçün keçid və dəhlizləri, hər təbdir ərəfəsində və sonrasında cəmi 3 gün qapalı saxlamaq. Bunu Rusiya da dəfələrlə öz sərhədyanı ərazisində tətbiq edib. 
Bu dəfə yol bağlananda Nikol 2 gün Putinə zəng vura bilməmişdi".

Ağarza Elçinoğlu