"Ermənistan parlamentindəkilər skripka çalır. Bu Romadakı böyük yanğın zamanı İmperator Neronun hərəkətsizliyinə işarə edən məşhur "Roma yanarkən, Neronun skripka çalması"na bənzəyir".

Unikal.org news.am-a istinadən xəbər verir ki,  bunu "The California Courier" nəşriyyatının redaktoru Harut Sassounian öz "Facebook" səhifəsində yazıb. O,  bunu Ermənistanın faciəsi kimi  qiymətləndirib. 

“Bu, Ermənistandakı faciəli vəziyyətdir. Keçən ilin sentyabrında başlanan Qarabağ müharibəsində gənc ermənilərin böyük bir hissəsini itirdikdən sonra, onların yaralarını sağaltmaq, ordunu gücləndirmək əvəzinə onları incitdilər.  Müharibədən sonra  Ermənistan həm daxilində, həm də xaricində birləşəcəyi düşünülürdü. Təəssüf ki, bunun tam əksi baş verir. Günahkar Azərbaycan, Türkiyə, Rusiya və ya başqası deyil, özümüzük. Böyük fəlakətdən sonra da birləşmək istəmirik. Kimisə günahlandırmamışdan əvvəl, güzgüyə baxmalıyıq". 

Gülayə  Mecid