Rusiyada son sutkada daha 17 856 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 030 455 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 790 nəfər artaraq 187 990-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 285 007 nəfər sağalıb.