“Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mücahid Əfqanıstanda müharibənin bitdiyini bəyan edib

Unikal.org  xəbər verir ki, bu barədə o, brifinqdə deyib.

"Əfqanıstanda müharibə bitdi. İndi ölkəni yenidən qurmaq üçün birlikdə çalışacağıq", - Mücahid vurğulayıb.

O daha əvvəl Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin tamamilə “Taliban”ın nəzarətinə keçdiyini söyləyib. Müqavimət qüvvələri isə bu xəbəri təkzib ediblər.