Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb.

Unikal.org  xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:

"Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var".

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni üç dəfə əməliyyat olunub.