Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.

Rəqibinə 1:10 hesabı ilə uduzan Əzizli bürünc medal uğrunda mübarizə aparacaq.