Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində üçüncü matçını keçirib.

Unikal.org xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Finlandiya ilə qarşılaşıb.

Bu, Milan Obradoviçin yetirmələrinin ilk ev sınağı olub. Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan yığma uğursuz seriyaya son qoyub.

Komandamız Sumqayıtdakı “Kapital Bank Arena”nı bir xalla tərk edib – 1:1. İkinci hissədə qol buraxan millini Rauf Hüseynlinin final fitinə 4 dəqiqə qalmış vurduğu top məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, qrupun bu gün keçirilən digər oyunlarında Xorvatiya Norveçi 3:2 hesabı ilə yenibsə, Estoniya – Avstriya matçı hələ başa çatmayıb.