"Neftçi" İsmət Qayıbov adına "Türk Hava Yolları Futbol Mərkəzi"ndə "Qəbələ" ilə hazırlıq matçı keçirir. 

Unikal.org xəbər verir ki, artıq ilk hissədə "ağ-qaralar"ın 2 oyunçusu zədələnib.  

Bunlar argentinalı Xorxe Korrea və nigeriyalı Yusuf Lavaldır. Hər iki oyunçu matça davam edə bilməyib. 

Qeyd edək ki, Korrea qeyri-rəsmi görüşdə olsa da, "Neftçi"də debüt matçına çıxmışdı.