“1991-ci il oktyabrın 18-də Azərbaycanda “Müstəqillik Haqqında Konstitusiya Aktı”na səs verən deputatlara imtiyaz verilməlidir”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, illərdir istiqlalçı deputatlarla bağlı məsələ qaldırılır: “Hesab edirəm ki, həmin deputatlara xüsusi status verilməlidir”.