Terror təşkilatı PKK-nın qadın zabiti adlandırılan Taybet Bilenin Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Unikal.org haberler.com-a istinadən xəbər  verir ki, qadının  İraqın şimalında keçirilən əməliyyatda öldürüldüyü məlum olub.

Türkiyə Silahlı Qüvvələri və MİT-in birgə əməliyyatında bir atışla zərərsizləşdirilən PKK terrorçularından biri "Şilan Goyi" ləqəbli  Taybet Bilen olduğu açıqlanıb.