Rusiyada son sutka ərzində daha 39 849 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 432 546 nəfərə çatıb.

Ötən gün Rusiyada 1 163 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 236 220 nəfərə çatıb. İndiyədək 7 302 515 xəstə sağalıb.